Ermənistanın “Genetic Production” şirkətinin istehsalı olan “Monte” filminin Rusiyanın bir neçə şəhərində keçirilməsi nəzərdə tutulan nümayişləri dövlət qadağası səbəbindən ləğv edilib.
Vətəninfo.az xəbər verir ki, bu barədə istehsalçı şirkətin nümayəndələri məlumat veriblər.
Şirkət dekabrın 5-də Moskvadakı “Oktyabr” kinoteatrında keçirilməsi planlaşdırılan premyeranın onlardan asılı olmayan səbəblərdən baş tutmayacağını açıqlayıb.
Qeyd edək ki, filmin baş qəhrəmanı erməni terror təşkilatı ASALA-nın rəhbərlərindən biri olmuş Monte Melkonyandır. O, Qarabağ münaqişəsi zamanı azərbaycanlılara qarşı törədilmiş cinayətlərdə iştirak edib və sonradan Ermənistanda milli qəhrəman elan olunub.


























