image-modern-az-24-06-2021-1624526226backend

 “44 günlük müharibədə Şuşanı saxlaya bilmədik”-PAŞİNYAN 

image-reklam_sirab_01

44 günlük müharibə zamanı hərbi əməliyyatlara son qoyulmasın müzakirə etdik.Lakin Azərbaycan yeni şərtlər irəli sürərək belə bir variantdan yayındı.

 

Veteninfo.az xəbər verir ki,bunu Ermənistsn parlamentində çıxışı zamanı,baş nazir Nikol Paşinyan bildirib. O qeyd edib ki,rəhbərlik etdiyi hökumət parlament müxalifətinə 2020 -ci ilin oktyabrında Qarabağ nizamlanmasına dair aparılan danışıqlar barədə məlumat verməyə hazırdır. Baş nazir, siyasi rəqiblərin keçən ilin oktyabrında Qarabağ müharibəsini daha əlverişli şərtlərlə bitirməyə razı olmadığı iddialarına cavab olaraq xatırladıb ki, oktyabrın 19 -da onun təşəbbüsü ilə Milli Təhlükəsizlik Şurasının iclası çağırılıb və həm iclasa dəvət olunanlardan hazırda parlament müxalifətində olanlarda vardı deyib:”Onlara alacağım qərarı təqdim etdim. Amma bu razılaşma baş tutmadı, çünki Azərbaycan bu formada belə onu pozmaq üçün yeni şərtlər təqdim etdi. Biz bu barədə deputat komissiyasına sübut təqdim etməyə hazırıq. 44 günlük müharibə hadisələrini araşdırın”. Xatırladaq ki, müxalifət Paşinyanı Şuşanı erməni tərəfinin nəzarətində qalması şərtilə müharibəni bitirməkdən imtina etməkdə günahlandırır. Paşinyan çıxışında cavab verib ki, O Azərbaycan tərəfinə Şuşaya və Qarabağın digər bölgələrinə azərbaycanlılar qayıtmaq şərti ilə müharibəni dayandırılmasın təklif eidb. Paşinyan  üstüörtülü şəkildə olsa da etiraf edib ki, Amma Azərbaycan Respublikasının Ali Baş Komandanı onun bu şərtlərinə məhəl qoymayıb və Şuşa daxil olmaqla bütün Qarabağ azad edilərək Azərbaycanın ərazi bütövlüyü bərpa edilib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki