image-1618223990_16182229242477614641_1000x669backend

44 günlük ZƏFƏRİMİZ Rusiyadan necə görünür?

image-reklam_sirab_01

image-pp

Fuad Rzayev-Rusiya

Artıq 30 ilə yaxın bir müddət idi ki,Azərbaycan torpaqları,ölkənin 20 faiz işğalçı Ermənistan tərəfindən işğala məruz qalmaqla yanaşı,eyni zamanda Şuşa başda olmaqla bütün işğaldakı torpaqlardakı maddi-mədəni sərfətlərimiz ən qəddar şəkildə dağıdılaraq terrora məruz qalmışdı.
Ağdam 20-ci əsrin Hiroşima və Naqasakisi idi deyildiyində yanılmırdılar.
Çünki düşmən təkcə maddi-mənəvi abidələri,evləri dağıtmırdı,həm də bu torpaqların sahiblərinin məzarlarını belə yerlə-yeksan edirdi.
Azərbaycan davamlı olaraq bütün beynəlxalq tədbirlərdə,müxtəlif ölkələrin dövlət başçıları ilə rəsmi görüşlərdə münaqişənin sülh yolu ilə həlli mümkün olmadıqda müharibə yolu ilə işğaldakı torpaqlarını azad edəcəyini bəyan edirdi.
ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsi ABŞ-Rusiya-Fransa isə işğalçını cəzalandırmaq yerinə,Ermənistana sığal çəkməkdə idilər.
Rusiya müxtəlif yollarla Ermənistanı silahlandırmağı biryana,eyni zamanda Rusiyadakı güclü erməni lobbisinin ixtiyarına bütün informasiya resurslarını belə vermişdi.
Amma Azərbaycan sentyabrın 27-də 2-ci Qarabağ Vətən müharibəsini “Dəmir Yumruq” əməliyyatı ilə  başladaraq,Ermınistanın bütün ordu növlərini darmadağın etməyə başladı.
Rusiyada yaşayan,çalışan azərbaycanlılar olaraq prosesləri diqqətlə izləyir,müharibənin gedişatını,işğaldan azad olunan qəsəbələrin,kəndlərin,şəhərlərin adların Azərbaycan prezidenti,Ali Baş Komandan İlham Əliyevin dilindən eşitdikcə illərdi bizi mənəvi və psixoloji baxımdan əzən,qəddimizi bükən qara buludların çəkildiyinə şahidlik edirdik.Artıq böyük Rusiyada Azərbaycan adı,”Mən Azərbaycanlıyam”demək bir qürurverici hissə çevlilmişdi.
Bir çox millətdən olan qonşularımız,dostlarımız belə bizi təbrik edirdilər.
“Əhsən Azərbaycana,əhsən sizin prezidentinizə,əhsən Azərbaycan ordusuna”deyə bizi təbrik edirdilər.
Bu hissi yaşamaq qədər əziz nə ola bilərdi axı?
Artıq biz müdafiə olunmur,hecumda idik.Rusiya informasiya vasitələri isə həmişəki kimi riyakarlığında,ermənipərəstliyində idi.
Bu informasiya canfəşanlığı 44 gün davam etdiyi kimi,bu gün də davam edir.
Amma bu təbliğat rus insanına təsir etmirdi.
Çünki insanlar Azərbaycan deyındə insanlıq,humanizim,multukultural dəyərlərə hörmət,qonşularla “0” problemli əməkdaşlıq anlayışını qəbul etmişdilər.
“44 günlük ZƏFƏRİMİZ Rusiyadan necə görünür?”dedikdə yalnız bir məqamı qeyd etmək kifayət edər:İlham Əliyev və Azərbaycan doğru yoldadır,İlham Əliyev bölgəyə sülh gətirir,əminəmanlıq gətirir,Azərbaycan öz ərazi bütövlüyün bərpa edir.
Rus insanı siyasi oyunbazlıqlardan doyub,onun üçün Cənubi Qafqazda əminamanlıq içərisində,Rusiyaya dost ölkə gərəkdi.
Erməni xisləti,yalanı rus xalqına bu gün deyil yüz illərdi bəllidir.

Fuad Rzayev-Rusiya


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki