image-1112356backend

Paşinyan-Əliyev-Mişel görüşü iyulun 21-də Brüsseldə baş tutacaq

image-reklam_sirab_01

İyulun 21-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev və Avropa Şurasının prezidenti Şarl Mişelin görüşü planlaşdırılır. Bu barədə erməni mediasına  Ermənistan hökumətindən məlumat verilib.

“Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz, Avropa Şurasının prezidenti Şarl Mişel və Azərbaycan prezidenti İlham Əliyevin Kişinyovda beştərəfli görüşü baş tutub.

Görüş zamanı regional nəqliyyat və iqtisadi infrastrukturların blokdan çıxarılması, iki ölkə arasında sərhədin demarkasiyası və sərhəd təhlükəsizliyi, Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi haqqında saziş, Azərbaycan xalqının hüquq və təhlükəsizliyinin təmin edilməsinin zəruriliyi ilə bağlı məsələlər müzakirə olunub. Qarabağ, eləcə də əsirlər, itkin düşmüş şəxslər və digər humanitar məsələlər müzakirə edilib. :

İyulun 21-də Brüsseldə Ermənistanın baş naziri, Aİ Şurasının sədri və Azərbaycan prezidentinin görüşü planlaşdırılır”, –  bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki