İranda İslam pərdəsi ilə maskalanan molla rejimi bütün göstəriciləri ilə şovinizm siyasəti yürüdür.
Hazırda siyasi hakimiyyətdə olan bu ideologiyanın daşıyıcıları hələ də moğolları (monqol-tatarlar), ərəb və türkləri özlərinin düşməni sayır.
Vətəninfo.az xəbər verir ki, bu günlərdə İran prezidenti İbrahim Rəisi xanımı Cəmilə Aləmulhuda ilə birlikdə Venesuelada səfərdə olub. Səfər çərçivəsində İranın “birinci xanımı” Venesuelada yerli televiziya kanallarından birinə müsahibə verib.
O, İranda əhalinin əhəmiyyətli hissəsi olan türklərə və ərəblərə nifrət bəsləyən irqçi fikirlər söyləyib:
“Ərəblər, türklər və moğollar bizim düşmənimiz olub”.