image-resizebackend

8-ci sinif şagirdini 38 yaşlı kişiyə nişanladılar – Azərbaycanda + Foto

image-reklam_sirab_01

Azərbaycanda daha bir şok hadisə yaşanıb.

Veteninfo.az  xəbər verir ki, “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə “Facebook” səhifəsində Lənkəran şəhərində 14 yaşlı qızın 38 yaşlı kişiyə nişanlandığını yazıb.

O bildirib ki, nişanlanan qız Masallı rayon Bədəlan kənd sakini, 8-ci sinif şagirdi Zeynəb İsmayılova (ad, soyad şərtidir) olub:

“14 yaşlı məktəbli qızın atasının vəfat etdiyi üçün o hazırda anası ilə birlikdə Bədəlan kəndində babasının evində yaşayır. Seymur adlı oğlan isə Rusiya vətəndaşıdır və orada sahibkarlıqla məşğul olur”.

O əlavə edib ki, qız özündən 24 yaş böyük nişanlısı ilə Rusiyada yaşayacaq:

“Bir müddət sonra isə 38 yaşlı şəxs ailədən etibarnamə alaraq qızı da Rusiyaya aparacaq. Sonra da 14 yaşlı qız ana olmağa hazırlaşacaq”./Yenisabah.az

image-resize-1


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki