ABŞ-a etibar etmək olmaz. Vətəninfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ dövlət katibi Entoni Blinkenin Rusiyanın taxıl sazişinə qayıtması halında ölkələri təhlükəsiz ərzaqla təmin etmək üçün bütün mümkün səyləri göstərəcəyi vədini şərh edərkən deyib.
“Moskva taxıl sazişinə qayıdarsa, ABŞ-ın Rusiya Federasiyasından ərzaq ixracını asanlaşdırmaq barədə bəyanatlarına inanmaq mümkün deyil”, – deyə Peskov bildirib.
Xatırladaq ki, Rusiya Federasiyası iyulun 17-dən taxıl müqaviləsində iştirakını dayandırıb.
Kremldə bu qərarı razılaşmanın digər tərəflərinin Kreml qarşısında öhdəliklərini yerinə yetirməməsi ilə izah ediblər.