image-image_750x_64aba54980023backend

ABŞ- dan etiraf: Ukraynada cinayət törətmişik

image-reklam_sirab_01

Rusiyanın Vaşinqtondakı səfirliyi bildirib ki, Kiyevə kasset bombaları göndərməyə razılıq verməklə ABŞ faktiki olaraq Ukraynada hərbi cinayətlər törətdiyini etiraf edib.

Vətəninfo.az xəbər verir ki, bundan əvvəl ABŞ Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABC News telekanalına müsahibəsində Co Baydenin müvafiq qərarını Vaşinqtonun Ukrayna ordusuna verdiyi adi döyüş sursatlarının çatışmazlığını “kompensasiya etmək” zərurəti ilə əsaslandırıb.

“Biz Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə direktoru Con Kirbinin Ukraynaya kaset bombalarının tədarükü ilə bağlı açıqlamalarına diqqət yetirmişik.
Rəsmi şəxs Ukrayna münaqişəsi zamanı ABŞ-ın hərbi cinayətlər törətməsini de-fakto qəbul edib. O, açıq şəkildə bildirib ki, dinc sakinlər Amerika kasetli silahları ilə öldürüləcək”, – səfirliyin bəyanatında deyilir.

Diplomatik nümayəndəlikdə qeyd olunduğu kimi, Amerika administrasiyasının Ukraynadakı hərəkətlərinin məntiqi “pis olmayacaq” prinsipinə əsaslanır. Səfirlik bildirib ki, ABŞ öz ərazilərindən uzaqda olan hər şeyi ukraynalıların əli ilə məhv etməyə hazırdır.
Bəyanatda həmçinin vurğulanır ki, kaset sursatlarının göndərilməsi hərəkətləri ilk növbədə əslində “öz xalqını və torpağını müdafiə edən” Rusiyaya strateji məğlubiyyətə səbəb olmaq məqsədi daşıyır.

Cümə günü Pentaqon Ukraynaya ilk dəfə olaraq 155 mm-lik DPICM artilleriya mərmilərinin daxil olduğu yeni hərbi yardım paketini elan etdi. Bunlar 123 ölkə tərəfindən ratifikasiya olunmuş beynəlxalq konvensiya ilə qadağan edilmiş kaset sursatlarıdır. Yeri gəlmişkən, ABŞ və Ukrayna onların arasında deyil.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki