image-image_750x_64973464c4e83backend

ABŞ – dan “Vaqner”ə jest: Sanksiyalar ləğv ediləcək

image-reklam_sirab_01

ABŞ Rusiyadakı vəziyyət fonunda “Vaqner” RMC-yə qarşı yeni sanksiyaların tətbiqini təxirə salmaq niyyətindədir. Vətəninfo.az xəbər verir ki, bu barədə şənbə günü mənbələrə istinadən The Wall Street Journal (WSJ) məlumat yayıb.

Qəzetin yazdığına görə, ABŞ administrasiyası “Vaqner”ə qarşı yeni sanksiyalar tətbiq etməklə dolayı yolla Rusiya rəhbərliyinin “yanını tuta biləcəyindən” ehtiyat edir.

WSJ mənbədən sitat gətirib: “Vaşinqton bu [vəziyyətdə] bu və ya digər tərəfdə görünmək istəmir”.

Qəzetin yazdığına görə, Dövlət Departamenti Afrikadakı fəaliyyətinə görə iyunun 27-də “Vaqner”ə əlavə sanksiyalar tətbiq etməyi planlaşdırıb.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki