image-defaultbackend

ABŞ Dövlət Departamentindən Ermənistana SƏRT XƏBƏRDARLIQ: Rusiyaya yardım etməyin 

image-reklam_sirab_01

Qərbin sanksiyalarla qadağan etməyə çalışdığı Rusiyaya mikroçiplərin və mühüm elektron komponentlərin tədarükü artıq Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı başlamazdan əvvəl mövcud olan səviyyəyə qayıdıb və bu işdə Rusiyaya bir sıra yardımlar edilir. Vətəninfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sanksiyalar üzrə koordinatoru Cim O’Brayen deyib .

O’Brien bildirib ki, Avropa şirkətləri başqa ölkələrə satır, onlar da öz növbəsində materialları Rusiyaya satırlar. Söhbət müasir silahların istehsalı üçün əsas olan mikroçiplər, prosessorlar və inteqral sxemlərdən gedir.

O’Brien bildirib ki, ABŞ xüsusilə əsas reeksport axını həyata keçirən dörd ölkə müəyyən edib: Qazaxıstan,Gürcüstan , Birləşmiş Ərəb Əmirlikləri və Ermənistan.

ABŞ Dövlət Departamentinin sanksiyalar üzrə koordinatoru Cim O’Brayen bu ölkələrə xüsusən Rusiyaya daha çox müasir silahların istehsalı üçün əsas olan mikroçiplər, prosessorlar və inteqral sxemlər ötürən Ermənistana sərt xəbərdarlıq edib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki