image-1678792187_absbackend

ABŞ-ın briqada generalı Azərbaycana gəldi

image-reklam_sirab_01

14-16 mart tarixlərində ABŞ-ın Avropa Komandanlığının planlaşdırma, strategiya və imkanlar üzrə direktor müavini, briqada generalı Edvard Voqan Azərbaycanda səfərdə olacaq.

Vətəninfo.az-a Səfirliyə istinadən xəbər verir ki, Bakıya səfəri çərçivəsində briqada generalı Voqan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və Ərazilərin Minalardan Təmizlənməsi Agentliyinin rəsmiləri ilə görüşlər keçirəcək.

Briqada generalı Voqan ABŞ-Azərbaycan təhlükəsizlik tərəfdaşlığı və regional təhlükəsizlik məsələlərini müzakirə edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki