image-77backend

“ABŞ-ın hərəkətinə qarşı İranın cavab vermək gücü var”- İranlı general

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, İran İnqilab Mühafizləri Ordusunun sözçüsü, briqada generalı Ramazan Şərif bəyan edib ki, neft tankerləri ABŞ tərəfindən ələ keçirilərsə, onlar da eyni şəkildə cavab verəcək.

R.Şərif Qum şəhərində keçirilən tədbirdə çıxışında deyib: “ABŞ-ın gəmilərimizi ələ keçirməsi də daxil olmaqla, istənilən pis hərəkətinə görə İranın cavab vermək və gəmiləri ələ keçirmək gücü var. Amerikanın cəhdlərinə qarşı lazımi tədbirləri görəcəyik”.

Qeyd edək ki, tətbiq etdiyi birtərəfli sanksiyalara görə, ABŞ vaxtaşırı xam neft daşıyan İran tankerlərini müsadirə edir və nefti bu gəmilərdə hərracda satır. İran isə öz növbəsində Fars körfəzi ətrafında neft daşıyan tankerlərə “dəniz qaydalarına əməl etmədikləri” üçün müdaxilə edir.

ABŞ mediası avqustun 3-də Pentaqonun “İranın müdaxiləsinə qarşı Hörmüz boğazında gəmilərə silahlı dəniz piyadalarını yerləşdirməyə hazırlaşdığı”nı yazmışdı. Bu xəbərdən sonra İran İnqilab Mühafizləri Ordusu Hərbi Dəniz Donanması 300-1000 kilometr mənzilə malik müxtəlif növ raketləri inventarına əlavə edib.

Xatırladaq ki, ABŞ Mərkəzi Komandanlığı – CENTCOM avqustun 7-də elan edib ki, təxminən 3000 əsgərdən ibarət 26-cı Dəniz Piyadaları Ekspedisiya Qrupu ayın 6-da Yaxın Şərqə çatıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki