ABŞ Dövlət Departamenti bir neçə gün öncə 188 ölkədə insan alverinin vəziyyəti ilə bağlı illik hesabatını dərc edib. Hesabata əsasən, “İran və Əfqanıstan insan alveri ilə mübarizədə minimum göstəricilərə uyğun gəlmir və ABŞ Dövlət Departamentinin insan alveri ilə bağlı illik hesabatında qara siyahıya salınıb”.
Vətəninfo.az xəbər verir ki, dövlət katibi Antoni Blinken iyunun 15-də dünyada insan alverinin vəziyyəti ilə bağlı illik hesabatına istinad edərək, gənc oğlanların alverinə qarşı mübarizəyə çağırış edib və 188 ölkədə insan alverinin artmasından narahatlığını bildirib.


























