image-image_750x_64b4d280599a7backend

ABŞ İranla danışıqlar aparmır – Con Kirbi

image-reklam_sirab_01

Hazırda ABŞ İranla nüvə sazişi üzrə danışıqlar aparmır.
Vətəninfo.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Əgər onlar [İran hakimiyyəti] nüvə gərginliyini azaltmaq üçün addımlar atmağa başlasalar, bu, region üçün, bizim [ABŞ] və milli maraqlarımız üçün yaxşı olardı… Kirbi Fox News-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırda İran razılaşmasına qayıtmaq ABŞ-ın prioritet məsələlərindən biri deyil.

Kirbi əlavə edib ki, Vaşinqton Tehranla əlaqə saxlayır, lakin bu əlaqələr İranda saxlanılan amerikalıların ABŞ-a qaytarılması cəhdləri ilə bağlıdır.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki