Tehran ikitərəfli gərginliyi azaltmaq üçün addımlar atsa, ABŞ İranla nüvə sazişi üzrə danışıqlara qayıda bilər.
Vətəninfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken CNN telekanalına müsahibəsində deyib.
İndi biz nüvə sazişlərini müzakirə etmirik, biz onlara aydınlaşdırmışıq ki, münasibətlərimizdə gərginliyi müxtəlif istiqamətlərdə gücləndirməkdənsə, gərginliyi azaltmalıyıq, görək bunu edəcəklərmi. Ola bilsin ki, o zaman biz nüvə məsələlərində dialoqa qayıda bildiyimiz atmosferə malik olacağıq, lakin vəziyyət hələ ki, belə deyil”, – Blinken bildirib.


























