image-reklam-veteninfo
image-22backend

ABŞ İtaliyadan oğurlanmış əsərləri geri qaytardı

image-reklam-veteninfo

ABŞ İtaliyadan oğurlanmış və ötən əsrin 90-cı illərində ölkədəki muzeylərə və kolleksiyaçılara satılan 250-dən çox əl işi əntiq əşyanı geri qaytardı.

Vətəninfo.az xəbər verir ki, İtaliyaya qaytarılan qablar, rəsmlər və heykəllərin 3 min il əvvələ aid olduğu bildirilir.

Əsərlər arasında olan bəzi mozaikalar milyonlarla avro dəyərindədir. Bunlar 1990-cı illərdə İtaliyadan oğurlanaraq hərracçılar vasitəsilə ABŞ-dakı muzey və kolleksiyaçılara satılmışdı.

İtaliya Mədəniyyət Nazirliyindən verilən açıqlamada polisin Texasdakı muzeydə sərgilənən əsərlərin qeyri-qanuni yollarla əldə edildiyini öyrəndiyi, kolleksiyaçının isə antik əşyaları geri qaytardığı bildirilib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki