Vətəninfo.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin 2008-ci ilin avqustunda Gürcüstandakı müharibə ilə bağlı bəyanatını tənqid edən Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib ki, bu, ABŞ-ın vəziyyəti qəsdən necə alt-üst etdiyinin bariz nümunəsidir.
“Məqsəd aydındır: həmin faciə ilə bağlı həqiqəti təhrif etmək və günahı Rusiyanın üzərinə atmaq. Lakin faktlar təsdiq edir ki, bu hadisələrə görə tam məsuliyyəti Gürcüstanın keçmiş prezidenti Saakaşvili daşıyır. Məhz onun cinayətkar əmri ilə Cənubi Osetiya xalqına qarşı genişmiqyaslı müharibə başladıldı”, – Rusiya səfiri bildirib.
Onun sözlərinə görə, Vaşinqtonun “bu qeyri-insani qərarın həm də ABŞ-ın yanlış siyasətinin nəticəsi olduğunu” etiraf etməyin vaxtı çatıb.
“Axı Saakaşvilinin odioz rejimini hakimiyyətə gətirən, sonra da həvəslə dəstəkləyən Qərb oldu. Və o, hələ də bu fiqurun maraqları üçün lobbiçilik fəaliyyətini davam etdirir, bu yaxınlarda ABŞ Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənib”, – Antonov bildirib.


























