image-418782492backend

ABŞ “Şimal axını 2” ilə bağlı yeni sanksiyalar tədbiq etdi 

image-reklam_sirab_01

ABŞ -ın dövlət katibi Antoni Blinken bildirib ki, “Şimal axını 2” nin inşası ilə əlaqəli iki Rusiya vətəndaşına və bir gəmiyə qarşı sanksiya tətbiq edilib.

 

Veteninfo.az  xarici KİV-ə isitnadən xəbər verir ki, Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı açıqlamada gəmilərin adları açıqlanmayıb.Rəsminin sözlərinə görə, gəmilər “siyahıda olan şəxslərdən” birinə məxsusdur.Blinken, hazırda sanksiyalar siyahısında yeddi nəfər və 16 gəminin olduğunu açıqlayıb.”Bugünkü hesabat ABŞ -ın” Şimal axını 2 “qaz kəmərinə qarşı davam edən müxalifəti ilə uyğundur”- deyə Blinken  bildirib. Qeyd edək ki, bir neçə gün öncə Ağ Ev rəhbəri Co Baydenin Konqresə göndərdiyi məktubu yayımlanmışdı. Yayımlanan məktubda deyilirdi ki, dövlət başçısı “ölkədə fövqəladə hallar baş verərsə, enerji ehtiyatlarının ixracı üçün Rusiyanın bəzi boru kəmərləri ilə bağlı əlavə tədbirlərin qəbul edilməsi haqqında” fərman imzalayıb.ABŞ administrasiyası hesab edir ki, “Şimal axını 2” layihəsi Ukraynanın da daxil olduğu Avropanın enerji təhlükəsizliyini zəiflətməyə habelə NATO və AB -nin şərq cinahına yönəlib. Rusiyalı ekspertlər və rəsmilər isə bəyan edirlər ki, “Şimal axını 2” Layihəsi isə pamamnlanmaq üzrədir Elə Rusiya prrzidenti  Vladimir Putinin Almaniya kansleri Angela Merkel ilə danışıqlarından sonra keçirdiyi mətbuat konfransında bəyan edib ki,  dəniz yolu ilə çəkiləcək cəmi 15 kilometr boru xətti qalır. “Şimal axını 2”-nin siyasi bir layihə olduğunu vurğulayan Putin qeyd edib ki, layihə ilə bağlı səsləndirilən müəyyən açıqlamalar əsassızdır. Putin bəyan edib ki, bu boru Ukraynanın tranzit yolundan iki min kilometr qısadır.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki