image-a-evbackend

Ağ Ev dünyada neftin qiymətinin artmasında maraqlıdır

image-reklam_sirab_01

ABŞ prezidenti Bayden iqlim böhranının öhdəsindən gəlməkdə ciddi olduğunu bildirib və ölkəsinin fosil yanacaqlarını artırmaq üçün deyil, qarşısını almaq üçün imkanlardan istifadə etməlidir deyib.

 

BMT -nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Paneli (IPCC) hesabatı iqlim böhranının nə qədər təhlükəli olduğunu bütün dünyanın diqqətinə çatdırdı. Bu misli görünməmiş və bənzərsiz bir problemlə üzləşdiyimiz zaman əsas sual budur: zərərin qarşısını almaq və  yaşlı planetimizi qorumaq üçün bütün dünya dövlətləri iqlim dəyişikliklərinə yol açan proqramlarını sürətlə dəyişə bilərmi? Dünyada iqlim dəyişikliklərinə ən böyük zərbəni ABŞ və Avropa Birliyinə daxil olan ölkələr vurur. Davamlı olaraq istər C7 ölkələri,istərsə də C20 ölkələri toplaşıb iqlim dəyişikliklərinə yol açan problemləri müzakirə etsələr də,sonda hansısa səhti qərarların qəbulu ilə məsələnin üzərindən keçilir. Bu prosesdə əsasən AB və ABŞ karbon tarifləri ilə bağlı fikir ayrılığına düşürlər.Keçən ay G20 ətraf mühit nazirlərinin Neapolda keçirdikləri fasiləli görüş, Noyabr ayında keçiriləcək C26 sammiti ərəfəsində nə qədər yaxşı niyyətin olduğunu göstərdi. Toplantıya başçılıq edəcək İngiltərədə “Tory” partiyası iqlim üzərində acı mübarizə aparır. Amma ABŞ Konqresində, Baydenin infrastruktur qanun layihəsinin qəbulu,iqlim komponentlərinin qorunması istiqamətində ABŞ-na olan inamı itirməkdə davam edir.Bir məqamı da qeyd etmək yerinə düşər ki, qlobal iqtisadiyyat yaxşılaşdıqca enerji qiymətləri də yüksəlir və bu da yanacaq xərclərinin artması ilə bağlı qorxu yaradır. Almaniyada Yaşıllar benzinin qiymətləri ətrafında ajiotaj yaradıblar. Baydenin milli təhlükəsizlik müşaviri Jake Sullivanın Ağ Evdən verdiyi açıqlama ilə mövcud gərginliyi  bir qədər də genişləndirmiş oldu.Sullivanın bəyanatında deyilir: “Yüksək benzin xərcləri, nəzarət edilməzsə, davam edən qlobal canlanmaya zərər verə bilər. Xam neftin qiyməti pandemiya başlamazdan əvvəl 2019 -cu ilin sonunda olduğundan daha yüksək idi. Bu yaxınlarda Opec istehsal artımına razılıq versə də, bu artımlar Opec-ın pandemiya dövründə 2022 -ci ilə qədər tətbiq etdiyi əvvəlki istehsal kəsintilərini tam olaraq ödəməyəcək. Qlobal bərpa prosesində kritik bir anda bu kifayət deyil. Prezident Bayden, Amerikalıların əlverişli və etibarlı enerjiyə sahib olmasını istədiyini açıq şəkildə bildirdi. Biz OPEC -in tərəfi olmamağımıza baxmayaraq, ABŞ hər zaman beynəlxalq tərəfdaşlarla milli iqtisadiyyat və təhlükəsizlik işlərimizə təsir edən əhəmiyyətli məsələlərlə bağlı açıq və gizli söhbətlər aparacaq. “Bəli, bunu düzgün oxudunuz. Bayden administrasiyasındakı ən yüksək vəzifəli şəxslərdən biri, iqlimin siyasətində “hər yerdə” olacağını vəd edən idarə, benzinin qiymətinin bir qallona görə 3.17 dollara qədər artmasının milli təhlükəsizlik məsələsi olduğunu və ABŞ -ın bu hüququ qoruduğunu bəyan edir.  Baydenin milli təhlükəsizlik müşaviri yeni yaşıl işıq yandırdı.Bu açıqlama təkcə neft bazarlarında deyil. Qaz bazarında da qiymətlərin artımına bir çağrış kimi dəyərləndirilə bilər.Ekoloqlar hesab edirlər ki, C20 ölkələri razılığa gəlib  dekarbonizasiyaya ciddi yanaşsalar, neft və qaz sənayesi yeni investisiyaları dayandıracaq. Yanacağın bahalaşması ən çox aşağı gəlirli istehlakçılara zərər verir.  İstər ABŞ,istər AB-nə daxil olan ölkələr olsun,istərsə də neft istehsalçısı olan Azərbaycanda bu artım “orta təbəqə” üçün cox ciddi problemlər deməkdir.Avropalı ekspertlər hesab edirlər ki, ABŞ  iqlim dəyişikliklərinə qarşı ortaya qoyduğu siyasət, dünya neft bazarında qiymətləri artırır ki,bu artımdan da daha çox davamlı embarqolar tədbiq edilən Rusiyanın işinə yarayır. Onların fikrinə görə, bu, OPEC və Rusiyanın neft oliqarxlarını hasilatı genişləndirməyə sövq etmək deməkdir.Qeyd edək ki. Son günlər iqlim dəyişiklikləri səbəbindən,yandırıcı istilərin artması baş verməkdədir.Bu yandırıcı istilərin gətirmiş olduğu fəsadlar isə göz ardı edilə bilməz. ABŞ,Fransa,İtaliya,İspaniya,Rusiya,Yunanıstanda baş verən yanğınlar bəlkə də otmosferin cirklənməsi yönündə ən aç bir il olaraq tarixə düşəcək.

Amma bir məsələni də qeyd etmək yerinə düşər ki, dünya neft və qaz bazarında qiymətlərin arması Azərbaycan büdcəsinə əlavə milyonlarla dolların daxil olması deməkdir. Rəsmi Bakı neftdən əldə etdiyi gəlirlərdən  ekologiyanın qorunması,ölkədə otmasferin çirklənməsinin qarşısının alınmasında mövcud olan texnalogiyaların tədbiqində ciddi layhələr həyata keçirməkdədir.

Fərid

Vətəninfo.az

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki