Vətəninfo.az xəbər verir ki, İspaniyanın “La Vanguardia” qəzeti yazır ki, Avropa İttifaqı Şurasının prezidenti Çarlz Mişel Ukrayna prezidenti Vladimir Zelenskini iyulun 17-18-də keçiriləcək Aİ sammitinə dəvət etməməyin daha yaxşı olduğu qənaətinə gəlib.
Bundan əvvəl ABC qəzeti İspaniya hökumətinin başçısı Pedro Sançesin Zelenskini həmkarları ilə məsləhətləşmədən Aİ sammitində iştiraka dəvət etdiyini bildirmişdi.
İyulun 6-da Brüsseldə yerləşən EURActiv saytı diplomatik mənbələrə istinadən yazıb ki, 33 Latın Amerikası və Karib hövzəsi ölkəsinin liderləri Aİ-ni Ukrayna prezidentinin görüşə dəvətini ləğv etməyə məcbur ediblər.