image-656_1730898513backend

Akademik İsa Həbibbəyli Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri ilə görüşüb  

image-reklam_sirab_01

Noyabrın 6-da AMEA-nın prezidenti akademik İsa Həbibbəyli dünya dini liderlərinin qlobal Bakı Sammiti çərçivəsində ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri, müfti şeyx professor Ravil Qaynutdin, sədrin birinci müavini professor Dəmir Muhətdinov, qurumun Azərbaycan üzrə xüsusi nümayəndəsi Səfa Kərimov və idarənin əməkdaşları ilə görüşüb.

AMEA-nın Rəyasət Heyətində baş tutan görüşdə, həmçinin AMEA Rəyasət Heyətinin üzvləri, AMEA Rəyasət Heyəti aparatının şöbə müdirləri, şöbələrin əməkdaşları, eləcə də Akademiyanın elmi müəssisə və təşkilatlarının nümayəndələri iştirak ediblər.

Görüşdə çıxış edən akademik İsa Həbibbəyli qonaqları ölkəmizdə və AMEA-da görməkdən məmnunluğunu dilə gətirib, Azərbaycan – Rusiya əlaqələrindən, həmçinin Azərbaycan – Tatarıstan münasibətlərindən danışıb, dövlətlərimiz arasında iqtisadi, siyasi, ədəbi, mədəni əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. AMEA ilə Rusiya Elmlər Akademiyası (REA) arasında da əlaqələrin yüksək səviyyədə olduğunu və genişləndiyini deyən akademik İsa Həbibbəyli 2021-ci ildə akademiyalar arasında əməkdaşlıq müqaviləsinin imzalandığını, 2023-cü ildə sözügedən sənədin yenilənərək yeni yol xəritəsinin müəyyənləşdirildiyini söyləyib. Akademik İsa Həbibbəyli AMEA-nın elmi müəssisələrinin REA-nın müvafiq institutları ilə fəlsəfə, tarix, dilçilik, ədəbiyyat, şərqşünaslıq istiqamətində geniş əlaqələrinin olduğunu, birgə konfransların keçirildiyini, məqalələrin hazırlandığını, nəşrlərin işıq üzü gördüyünü vurğulayıb.

Hazırda AMEA ilə Rusiya Elmlər Akademiyası arasında epos mədəniyyətinin öyrənilməsinə dair birgə tədqiqatların aparıldığını deyən AMEA rəhbəri layihənin REA-nın M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutu, eləcə də Rusiya Federasiyasının Udmurtiya Respublikası və Saxa Respublikasının (Yakutiya) müəssisələri ilə birgə aparıldığını, cari ilin dekabr ayında sözügedən qurumların iştirakı əsasında beynəlxalq konfransın keçiriləcəyini diqqətə çatdırıb.

Azərbaycanla Tatarıstan arasında siyasi əlaqələrə toxunan akademik İsa Həbibbəyli ölkələrimiz arasında sıx dostluq münasibətlərinin təməllərinin Ulu Öndər Heydər Əliyev və Tatarıstan Respublikasının birinci prezidenti Mintimer Şaymiyev tərəfindən atıldığını, bu münasibətlərin davamı olaraq bu gün Prezident İlham Əliyevlə Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov arasında yüksək əlaqələrin olduğunu bildirib.

Prezident İlham Əliyevin ötən ay XVI BRICS Sammitində iştirak etmək üçün Kazana səfər etdiyini xatırladan AMEA rəhbəri dövlətimizin başçısının Rüstəm Minnixanov tərəfindən Tatarıstanın ali dövlət mükafatı “Dostluq” ordeni ilə təltif olunduğunu vurğulayıb.

image-6802_1730898512 image-6944_1730898512 image-5120_1730898512 image-3104_1730898512 image-751_1730898512 image-656_1730898513 image-751_1730898512-1 image-956_1730898512 image-1644_1730898513


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image