Lissabon klubunun saytı xəbər verir ki, Portuqaliya çempionu “Sportinq” Joao Pereranı ötən ay təyin etdiyi baş məşqçi postundan uzaqlaşdırıb.
40 yaşlı portuqaliyalı mütəxəssisin rəhbərliyi altında “Sportinq” 8 görüş keçirib, 3-də qalib gəlib, 1-də heç-heçə edib, 4-də isə uduzub.
Joao Pereyra İngiltərə “Mançester Yunayted”inə transfer olunan 39 yaşlı portuqaliyalı Ruben Amorimi əvəzləyib.
Hazırda Portuqaliya “Vitoriya Gimarayş”a rəhbərlik edən 43 yaşlı portuqaliyalı Rui Borxes “Sportinq”in baş məşqçisi təyin olunacaq.