Almaniyanın Cinayət İşləri üzrə Federal İdarəsinin əməkdaşları İslam Dövləti (İD) terror qruplaşmasına yardım etməkdə şübhəli bilinən şəxslərə qarşı genişmiqyaslı xüsusi əməliyyat keçirir. Vətəninfo.az-ın “Bild” qəzetinə istinadən verdiyi məlumata görə, axtarışlar Almaniyanın 12 federal dairəsində aparılır.
Söhbət terror fəaliyyətinin mümkün maliyyələşdirilməsindən və yardımdan gedir. Lakin Almaniyada konkret terror aktlarının planlaşdırılıb-planlaşdırılmadığı hələlik bəlli deyil.
Axtarışlar Şimali Reyn-Vestfaliyanın bir neçə regionunda, eləcə də Berlində aparılır.
Əməliyyata xüsusi təyinatlılar cəlb olunub. Ümumilikdə hüquq-mühafizə orqanları 100-dən çox adamı təqib edir. Almaniya prokurorluğunun məlumatına görə, artıq yeddi şübhəli şəxs həbs edilib.


























