image-44backend

Almaniyanın Xarici işlər naziri:”Ukrayna indiki halda NATO-ya qəbul edilməyəcək”

image-reklam_sirab_01

Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, Rusiya-Ukrayna müharibəsi davam edərkən, Ukraynanın NATO-ya üzvlüyündən söhbət gedə bilməz.

Vətəninfo.az xəbər verir ki, Berbok NATO-nun xarici işlər nazirlərinin Osloda keçirilən qeyri-rəsmi toplantısı çərçivəsində verdiyi açıqlamada Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı müzakirələri dəyərləndirib.

Hər bir ölkənin hansı ittifaqa girəcəyinə qərar verə biləcəyini vurğulayan Berbok Ukrayna ilə NATO arasında əməkdaşlığın müharibə səbəbindən intensivləşdiyinə diqqət çəkib.

“NATO-nun hər zaman açıq şəkildə ifadə etdiyi açıq qapı siyasəti tətbiq edilir. Eyni zamanda, aydındır ki, biz müharibənin ortasında yeni üzvlükdən danışa bilmərik”, – Berbok bildirib.

Nazir Berbok bəyan edib ki, Oslo görüşü 11-12 iyulda Vilnüsdə keçiriləcək NATO Sammitinə hazırlıq xarakteri daşıyır.

Bir il əvvəl İspaniyanın paytaxtı Madriddə keçirilən NATO Zirvə Toplantısında Finlandiya və İsveçin Alyansa daxil ola biləcəyinin açıq şəkildə ifadə edildiyini ifadə edən Berbok İsveçin Almaniyanın NATO üzvlüyünə tam dəstəyini bir daha təkrarlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki