image-kosbackend

Amerikada azərbaycanlı kosmosa göndərilə bilər

image-reklam_sirab_01

42 YAŞLI SOYDAŞIMIZ NASA-NIN ƏSAS NAMİZƏDLƏRİNDƏN BİRİDİR

Azər Tac-ın Amerika bürosu məlumat verir ki, Birləşmiş Ştatlarda Aya uçacaq namizədlərdən biri də məlum olub. Bu, Amerika Hərbi Hava Qüvvələrinin zabiti, Azərbaycan əsilli Ələkbər (Allen) Tərlan oğlu Mirqədirovdur. Məlumatda bildirilir ki, 42 yaşlı Ələkbər Mirqədirov Bakıda doğulub və paytaxtdakı 45 saylı orta məktəbi bitirib, 1991-ci ildə isə ailəsi ilə birgə Birləşmiş Ştatlara köçüb. O, ABŞ-da San-Diyeqo Universitetində təhsil alaraq, aerodinamikanın incəliklərini öyrənib, daha sonra 10 ildən artıq ABŞ HHQ-də xidmət edib. Ələkbər Mirqədirov Amerikada 2014-cü ildən Marsa, 2019-cu ildən isə Aya uçuşlara əsas namizədlərdən biri hesab olunur. Soydaşımız  ədəbiyyatla da maraqlanır, Yuri Qaqarinin həyatı və Molla Nəsrəddinin lətifələri barədə nəşrlər onun sevimli  kitablarıdır. Onun namizədliyi reallaşarsa bu, kosmosa uçan  ilk azərbaycanlı kimi tarixə düşəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki