image-1-38backend

Anjela Elibekova: “Ermənistana köçürüləcək azərbaycanlıların təhlükəsizliyini Türkiyə təmin edəcək”

image-reklam_sirab_01

“Azərbaycanlıların Ermənistan ərazisinə köçürülməsi ilə bağlı rəsmi planda qeyd olunur ki, Ermənistan ərazisində azərbaycanlıların təhlükəsizliyi təmin edilməlidir. Bunlar da onlar üçün müvafiq mandat alan etibarlı və dost ölkələrin qüvvələri olmalıdır”. Vətəninfo.az xəbər verir ki, bunu erməni azərbaycanşünas Anjela Elibekova deyib.

Erməni ekspert bildirir ki, Azərbaycandan olan politoloqlar həmin dövlətin yalnız Türkiyə ola biləcəyini bəyan edirlər. “Onların artıq Türkiyə rəsmiləri ilə rəsmi görüşləri də olub. Türkiyə səfiri Qərbi Azərbaycanlıların ofisində olub. Türkiyənin dəstəyi ilə bağlı rəsmi açıqlamalar verilib”.

Elobekova qeyd edir ki, Azərbaycan tərəfinin tələbi konkretdir. “Onlar deyir ki, təkcə Ermənistan ərazisində doğulanların deyil, onların övladlarının da geri qayıtmaq hüququ var. Bunun üçün dövlət proqramı çərçivəsində artıq qeydiyyata da başlanılıb. Hazırda söhbət bir neçə yüz mindən gedir”.

O vuğulayıb ki, vaxtıyla Azərbaycandan çıxmış ermənilərlə bağlı belə bir proqram yoxdur. “Düzdür, oradan çıxanların geri qayıtmaq kimi istəkləri də mövcud deyil. Azərbaycanın isə müharibə etmədən Ermənistan ərazisini necə işğal edəcəyinə dair proqrama malikdir. Onlar artıq bu istiqamətdə diplomatik, hüquqi, təbliğat, siyasi, elmi və digər sahələrdə fəaliyyətə başlayıb”.jamaz


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki