Polşa prezidenti Anjey Duda ölkəsinin “atəşkəsdən sonra və NATO missiyasının bir hissəsi kimi” Ukraynaya hərbçi göndərə biləcəyini deyib.
Vətəninfo.az xəbər verir ki, Duda Almaniyanın “Bild” qəzetinə verdiyi müsahibədə Rusiya-Ukrayna müharibəsi və Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO sammitinə münasibət bildirib.
Ukraynanın yaxın zamanda NATO-ya daxil olmasının Polşanın “maraqlarına” uyğun olduğunu vurğulayan Duda tərəflər arasında atəşkəs təmin olunandan sonra Polşa hərbçilərinin sülhməramlı qismində Ukraynaya gedə biləcəyini bildirib.
Duda Ukraynanın NATO-da iştirakı ilə bağlı qərarın Vilnüsdə keçiriləcək sammitdə verilə bilməyəcəyini, “müharibənin bitməsini gözləməyin vacib olduğunu” vurğulayıb.
Almaniyanın mümkün NATO-Rusiya müharibəsindən qorxduğunu başa düşdüyünü qeyd edən Duda “NATO-nun Ukraynada mümkün sülhməramlı missiyasının təkcə Almaniyanın narahatlığı olmadığını” deyib.
“Bilmək lazımdır ki, Ukrayna müharibə hələ də davam edərkən NATO-ya üzv olarsa, ilk növbədə 5-ci maddənin (hər hansı hücum zamanı hərbi yardıma icazə verir) tətbiqini tələb edəcək”, – Duda bildirib.
Ukraynanın Rusiya ilə sülh danışıqlarına qərar verə biləcəyi ehtimalına toxunan Duda Polşanın da bu danışıqların sonunda verilə biləcək atəşkəs qərarının qorunmasında iştirak edə biləcəyini, lakin “hər şeyin razılaşmalardan asılı olduğunu” deyib.


























