image-1690363993_nikulin-saakov2backend

Araik çadırda çox otura bilmədi… -Deyəsən, rəhmətlik Nikulin demiş…

image-reklam_sirab_01
“Oturaq aksiya, kütləvi hərəkat və bütün digər səylərim beynəlxalq diqqəti cəlb etmək və əməli fəaliyyətə təkan vermək üçün artıq müəyyən nəticələr əldə etdiyini nəzərə alaraq, oturaq aksiyanı dayandırmaq və fövqəladə vəziyyət rejimində səylərimi davam etdirmək qərarına gəldim”.

Vətəninfo.az xəbər verir ki, Tert.am-ın yaydığı məlumata görə, bunu “Facebook” səhifəsində yazdığı 10 bəndlik mənasız müraciətinin 10-cu bəndində Azərbaycan Respublikasının müvəqqəti(!) olaraq Rusiyanın nəzarətində qalan hissəsindəki separatçı-terrorçu rejimin marionet başçısı Araik Arutyunyan yazıb.
“Eyni zamanda, xalq hərəkatı çərçivəsində soydaşlarımızın oturaq aksiyaları və digər aksiyaları davam edir və onlarla mütəmadi görüşlərim olacaq, nə etməli olduğumuzu birgə müzakirə edəcəyik”,- deyə davamında beynəlxalq axtarışda olan cinayətkar bildirib.
P.S. Araik nədənsə çadırda çox otura bilmədi… Ayağa qalxdı… Deyəsən, məşhur “Qafqaz əsiri” filmininin sonundakı məhkəmə(!) səhnəsində rəhmətlik Nikulin demiş, yumşaq yerindən çox ağır zədə alıb…Moderator.az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki