image-araik-696x456backend

Araik təsdiq edir ki, Vardanyanın tayıdır

image-reklam_sirab_01

“Qarabağ Azərbaycanla dialoqa hazırdır, lakin o, müstəqillikdən əl çəkməyəcək və Azərbaycanın bir hissəsi olmayacaq”. Bu bəyanatları fevralın 23-də axşam Qarabağın “prezidenti” Araik Arutyunyan verib.

Blokada aradan qaldırılmalı, Qarabağın Ermənistanla maneəsiz və qeyri-məhdud əlaqəsi olmalıdır, həyati əhəmiyyət kəsb edən infrastrukturların fasiləsiz işləməsinə təminat verilməli, elektrik və qaz təchizatı tam bərpa edilməlidir, deyə Arutyunyan bildirib.

Bakı ilə dialoq beynəlxalq hüququn qarşılıqlı məqbul prinsip və normalarına əsaslanan beynəlxalq format çərçivəsində baş tuta bilər.

“BMT strukturlarının “Artsax”da olmasını təmin etmək lazımdır. Rusiya sülhməramlılarının effektivliyinin artırılması da daxil olmaqla, beynəlxalq təhlükəsizlik zəmanətləri təmin edilməli, güc tətbiqini və ya onun tətbiqi təhlükəsini istisna edilməlidir.

“Artsax” xalqının öz müqəddəratını təyin etmək hüququ müzakirə edilmir. “Artsax” heç vaxt öz suverenliyindən əl çəkməyəcək və Azərbaycanla inteqrasiyadan söhbət gedə bilməz.

Ona görəki  bu, Azərbaycan tərəfindən “Artsax” xalqının etnik təmizlənməsinə gətirib çıxaracaq”, – deyə Arutyunyan bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki