image-1621244766_araik-qaladeresi3backend

Araik və Balasanyan Şuşanın Laçın “dəhlizi” boyu kəndlərini gəzdilər…-VİDEO

image-reklam_sirab_01

Son 30 il ərzində Azərbaycan Respublikasının işğal altındakı ərazilərində qondarılmış separatçı-terrorçu erməni rejiminin tör-töküntülərininn başçısı Araik Arutyunyan Şuşa rayonunun  Laçın “dəhlizi” boyu ermənilər yaşayan məntəqələrini gəzib.

Moderator.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı nəşrlər məlumat yayıb.

Şuşanın Turşsu qəsəbəsi, Salatınkənd, Böyük Qaladərəsi, Kiçik Qaladərəsi(keçmiş Kirov) kəndlərində olan separatçı rəhbər öncə həmin məntəqələrdə üzərlərində separatçı xuntanın əski parçası asılan postlardakı erməni hərbçilərə baş çəkib, daha sonra ilsə sakinlərlə görüşüb, onların sosial-iqtisadi problemləri ilə maraqlanıb.

Bəhs edilən yaşayış məntəqələrindəki ermənilərin təhlükəsizliyinin Rusiya hərbçiləri tərəfindən təmin olunduğunu vurğulayan Araik tezliklə bəzi iqtisadi, sosial problemlərin həll ediləcəyini, o  cümlədən Şuşa-Laçın yolundan Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərinə ayrılan yolun asfaltlanacağını bildirib.
Bir daha xatırladaq ki, Araik Arutyunyan, eləcə də Vitali Balasanyan Azərbaycan dövləti tərəfindən İnterpol axtarışına verilib.

 

Sultan Laçın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki