image-zengezur-veteninfobackend

Armen Badalyan : “Azərbaycan Ermənistanı ikinci təslim aktına imza atdırmaq istəyir”

image-reklam_sirab_01

Azərbaycanın tarixi dədə-baba torpaqları olan,amma imperiyanın diqtəsi ilə Ermənistana birlrləşdırilən  Zəngəzur bölgəsindən keçəcək dəhlizin tez bir zamanda açılması ilə bağlı irəli sürdüyü şərtlər,Ermənistanda ciddi ajotaj yaratmaqda davam edir.

Veteninfo.az xəbər berir ki,bir neçə gün öncə Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmovun Naxçıvana çıxışı təmin edəcək “Zəngəzur Nəqliyyat Dəhlizi” layihəsinin hazırlandığını bildirməsi,bu istiqamətdə  işlərin 2024 -cü ildə başa çatdırılmasının planlaşdırıldığını vurğulaması,bunun ardınca Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin İraqın Zəngəzur Dəhlizinin nəqliyyat potensialından istifadə edə biləcəyini bildirməsi rəsmi İrəvanda hələ də gərgin və tarımaçəkilmiş vəziyyətdə olan siyasi abu-havanı bir qədər də qəlizləşdirib.

Ermənistan müxalifətinə daha çox yaxınlığı ilə bilinən erməni siyasi strateq Armen Badalyan rəsmi İrəvanın çox ciddi imtahanla qarşı-qarşıya olduğunu “Sputnik-Armenia”ya müsahibəsində gizlətməyə çalışsa da bunu bacarmayıb.Badalyan bildirib ki, görünür Zəngəzur dəhlizi ilə Bağlı baş naziri Nikol Paşinyan Azərbaycana bəzi şifahi vədlər verib: “Ya üçtərəfli görüşdə bu vəd verilib, ya da Bakı müəyyən edilməmiş güzəştlərə nail olmağa çalışır. Onu da deməliyəm ki,, Ermənistanın Baş naziri bir neçə gün əvvəl nəqliyyat kommunikasiyalarının blokunun açılmasının Ermənistan üçün prioritet olduğunu vurğulamamaqda olmaz. lakin Syunik (Zəngəzur) vasitəsilə heç bir dəhlizdən söhbət gedə bilməz. Üstəlik, Ermənistan bu məsələ ilə bağlı nə yazılı, nə də şifahi öhdəlik götürməmişdir”. Badalyanın sözlərinə görə, razılaşmaların əsl məzmununu yalnız üç nəfər bilir – Ermənistan, Rusiya və Azərbaycan liderləri.  Onun sözlərinə görə “Dəhliz” məsələsinin müzakirə edildiyi istisna deyil: “Ola bilsin ki, İlham Əliyev və Vladimir Putinlə qapalı görüşlər zamanı Paşinyan Ermənistanın özündə hakimiyyəti saxlamaqla bağlı bəzi vədlər verib. İndi hazırkı baş nazir fikrini dəyişmiş ola bilər, bunun nəticəsində Azərbaycan bu cür bəyanatlar verərək təzyiq göstərməyə çalışır”. Badalyan özü də bilmədən 44 günlük müharibədə ordusu tamamilə darma-dağın olan, kaputiliyasiya aktına imza atmağa məcbur olan ölkəsinin,üçtərəfli razılaşmanın şərtlərini yerinə yetirməyəcəkləri təqdirdə,Azərbaycanın ikinci bir kaputiliyasiya aktına Ermənistanı zorla imza atdıra biləcəyini istisna etməyib: “Bakının Ermənistandakı müharibədən sonrakı vəziyyətdən istifadə edərək həyata keçirməyə çalışdığı başqa bir ssenari də istisna deyil.Azərbaycan Ermənistanı ikinci təslim aktına imza atdırmaq istəyir”. Amma hər zamankı kimi erməni hiyləgərliyi,eyni zamanda Rusiyaya sığınma,yaltaqlanma olmalıdır. Erməni  strateq Armen Badalyan  bu dəfə də ənənənsinə sadiq qalıb. Bildirib ki, dəhlizin açılması ilə Azərbaycan Türkiyə ilə quru əlaqəsini təmin etmiş olacaq ki,rəsmi Bakının ilk günlərdən istəyi budur: “Bu dəhliz həm də Qərbə lazımdır ki, müttəfiqi olan Türkiyəyə vasitəsi ilə Orta Asiyaya girəcək və Rusiyanın mövqeyini zəiflədəcək.Amma Ermənistan-Azərbaycan münasibətlərinin hüdudlarını aşan bu prosesdə konkret olaraq nələrin baş verdiyini heç kim dəqiq deyə bilməz”. Badalyanın sözlərinə görə,İrəvanla Bakı arasında mümkün ola biləcək sülh müqaviləsi ilə bağlı şişirdilmiş məlumatlara gəlincə, belə bir müqavilənin həyata keçməsi üçün Ermənistan hakimiyyətinin də buna razılıq verməsi mümkündür.

 Vətəninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki