Vətəninfo.az xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iyulun 4-də Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtona səfərə gedir.
Səfər zamanı Ermənistan Təhlükəsizlik Şurasının katibi ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və digər yüksək vəzifəli rəsmilərlə görüşərək Ermənistan -ABŞ ikitərəfli əməkdaşlığını müzakirə edəcək.


























