image-sarkisyambackend

Armen Sarkisyan ruhi xəstədir

image-reklam_sirab_01

Ermənistan prezidenti Armen Sarkisyanın bir neçə gün öncə xiristiyan din adamları ilə görüşündə bir daha sərsəmləyib. 30 ildir Azərbaycan torpaqlarını işğalda saxlayan dövlət olduqlarını unudan Armen Sarkisyanın yenidən necə bir saxtakar dövlət və xalq olduqların nümaişkaranə şəkildə bəyan edib. Sarkisyan bu dəfə də  hər dəfə söylədiyi yalanların ən böyüyün söyləyərək iddia eidib ki, erməni izini və erməni tarixini Dağlıq Qarabağın hər bir şəhərində və kəndində görmək olar.

 

Veteninfo.az-a açıqlamasında Armen Sarkisyanın  səsləndirdiyi açıqlamaya münasibət bildirən Milli Məclisin üzvü Məşhur Məmmədov qeyd edib  ki, Ermənistan prezidenti Armen Sarkisyanın dediyi o izləri 44 günlük müharibədən sonra, işğaldan azad edilən şəhər və qəsəbələrimizdə,kəndlərimizdə açıq şəkildə görünür: “Ağdamda.Şuşada,Kəlbəcərdə,Lçında,Füzulidə,Zəngilanda,Qubadlıda,Cəbrayılda görməyən qalmayıb. Bütün beynəlxalq təşkilatlar,beynəlxalq media qrumlarının təmsilçiləri Azərbaycan torpaqlarında həyata keçirilən vandalizim nə birinci,nə də ikinci dünya müharibəsi zamanı baş verib. Ermənistan vandalizmin  heç bir tarixdə görünməyənlərini həyata keçirib. İnsanların məzarların dağıtmaq hansı din rəva görə bilır. Ermənilər özlərini xiristiyan dininin mənsubları hesab edirlər. Buna inanmaq çox çətindir. Dünyaznın müxtəlif xiristiyan dininə mənsub xalqların nümayəndələri işğaldan azad  edilən vandalizmi gördüklərində heyrətə gəlmişdilər.Ona görə də Armen Sarkisyan  izlər  dedikdə yəqin ki,bu erməni vandalizimin izlərin nəzərdə tuturmuş”.

image-meshir

Milli Məclisin üzvü  Məşhur Məmmədov Armen Sarkisyannın erməni tarixi ilə bağlı səsləndirdiyi fikirlərə gəlincə isə, Sarkisyanın bu açıqlamasını xəstə təfəkkürün məhsulu olaraq adlandırıb.Millət vəkili bildirib ki, bu gün Armen Sarkisyannın oturduğu ərazi, İrəvanın istənilən bir hissəsində qazıntılar aparılsa,ordan Azərbaycanın min illiklərə dayanan tarıxi yer üzünə çıxacaq: “Təkcə İrəvan qalası yetərlidir ki,bu torpaqlar kimə məxsus olub. Elə son bir neçə gün öncə Azərbaycanın tarixi dədə-baba yurdu Böyük Qarakilsədə,ermənilərin Vanadzor adlandırdığı yurdumuzda ortaya çıxan, eramızdan əvvəl III minilliyə aid əsərlər məhz bizim əsərlərdir.Ermənistan prezidenti bu gün çox anlaqsız vəziyyətdədir.Ölkəsinin iqtisadi.siyasi,hərbi çöküşü onun  ümumi vəziyyətinə ciddi təsir edib. Mən hesab edirəm ki,ruhi xəstə olan biri ancaq belə bir formada danışa bilər”.Millət vəkilinin sözlərinə görə, Qərbi Azərbaycanın,irəvanın,Göyçənin,Qərbi və Şərqi Zəngəzurun,Vedibasarın, və neçə-neçə Azərbaycan yurdunun  tarixi haqqında o dövrün səyyahları,tariçiləri Armen Sarkisyannın çəkisindən qat-qat əsərlər yazıblar.21-ci əsir erməni yalanlarının  üzə çıxdığı əsir olduğundan Armen Sarkisyan gərək  yeni yalanlar düşünsün.Tarixi silmək,onu özününküləşdirmək artıq mümkün deyil”.

 

Vətəninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki