image-ddddbackend

Arutunyan həyacanlı açıqlama verib-ZƏNGLƏRƏ CAVAB VERMƏYİN

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki,  terrorçu Araik Arutunyan bir neçə gün öncə sosial şəbəkələrdə Xankəndində yaşayan ermənilərə edilən zənglərlə bağlı  bəyanat verib.

Məlumata görə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, sülhməramlı qüvvələrin nəzarəti altında olan hissəsində yaşayan ermənilərə azərbaycanlıların və Türkiyə vətəndaşlarının zəng etmələri,onlardan evlərini satın almaq istədikləri ilə bağlı zənglər edildiyi haqqında sosial şəbəkələrdə yayılan xəbərlərdən sonra, Xankəndində mövcud olan separatçıların lidiri Araik Arutunyan bu bölgədəki ermənilərə müracət edib.

Ermənistan telegram kanallarının yaydığı məlumata görə  Arutunyan bildirib ki,  əhali şübhəli zənglər alanda dərhal bu barədə onlara məlumat vermələrini tövsiyə edir.

Qeyd edək ki, hazırda sülhməramlıların  nəzarət edtdiyi Xankəndi və digər yerlərə məcburən gətrilən ermənilər,Xankəndindən və digər yerlərdən getmək istəsələr də, sülhməramlı qüvvələr buna imkan vermirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki