image-yenigundem_89e245b1c1f6bdcf8375e30aad42a42e_munjgsfepwvoyic6103xbackend

“Atəşgah Sığorta” vətəndaşın sığorta pulunu vermir (ŞİKAYƏT)

image-reklam_sirab_01

“Atəşgah Sığorta” ASC növbəti dəfə avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına görə həyata keçirməli olduğu sığorta ödənişindən yayınır.

Veteninfo.az xəbər verir ki, bu barədə  müraciətində Bakı şəhər sakini Məhəmməd Abuşov bildirib.

Şikayətçinin sözlərinə görə, bu il Aprelin 30-da idarə etdiyi “Lada Granta”markalı minik avtomobili paytaxtın Əbdülrrəhim bəy Haqverdiyev küçəsi ilə mətbuat və Zərdabi prospektlərinin kəsişməsində olarkən, 166 yükdaşıma şirkətinə məxsus 99-JV-638 dövlət nişanlı ford Tranzit markalı başqa bir maşın tərəfindən vurulub. Hadisə yerinə dövlət yol polis əməkdaşları gəliblər.

Baş Dövlət Yol Polisi idarəsindən inspektor hadisə yerinə yaxınlaşdı, qəzanın ilkin təfərrüatları ilə tanış olduqdan sonra günahkar və zərərçəkən tərəfi müəyyən etmək məqsədilə hər iki sürücünü 1 May 2021-ci il saat 09:00 da Baş Dövlət Yol Polisi idarəsinə dəvət etdi.

Növbəti gün, 1 May 2021-ci il tarixində Baş Dövlət Yol Polis idarəsində təhlükəsiz şəhər Kameralarından qeydə alınmış görüntüyə baxdıqdan sonra Ford Tranzit markalı avtomobilin sürücüsünün günahkar olduğu məlum oldu.

Qeyd edim ki, həmin avtomobildə icbari sığorta Atəşgah sığortadır.
Təxminən 2-3 gün sonra baş dövlət yol Polis idarəsindən avtomobilimə dəymiş zərəri qarşılamaq üçün sənədlər Atəşgah sığortaya göndərildi. Atəşgah sığortanın nümayəndəsi mənə zəng edərək, ilkin qiymətləndirmədən sonra avtomobilimə dəymiş zərəri ödəmək üçün 600 AZN təklif etdi. Mən bu təkliflə razı olmadım və ikinci qiymətləndirməni tələb etdim. Qeyd edim ki, dəymiş zərəri qiymətləndirmək üçün “VAZ”ın rəsmi servisinə yaxınlaşdım və səlahiyyətli şəxs tərəfindən 1355 AZN qiymətləndirmə təyin olundu.
Atəşgah sığortanın tələbi ilə ikinci qiymətləndirmə üçün Babək prospektində yerləşən servisə yaxınlaşdım. Servis meneceri avtomobilə baxış keçirdikdən sonra sığortadan ikinci qiymətləndirmə kimi 650 AZN təklif olundu. Haqqlı olaraq bu dəfə də bu məbləğlə razı olmadığımı bildirdim.
Nəzərinizə çatdırım ki, idarə etdiyim “Lada Granta” markalı avtomobil 2019-cu il buraxılışdır. Avtomobilə servisdə qulluq olunub. . Heç bir ciddi zədəsi olmayıb. və bu səbəbdən bütün detalların yenisi ilə əvəz olunmasını tələb edirəm. Məhz bu səbəbə görə sığortanın təklif etdiyi məbləğ avtomobilimi təmir etmək üçün kifayət deyil.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq./Yeni Gündəm”

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki