image-ilhambackend

Avropa da Minsk Qrupu formulasından imtina etdi-Əliyevin daha bir uğuru

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki, 44 günlük  ikinci Qarabağ müharibəsinin başa çatmasının ardından rəsmi Bakının prinsipial mövqe ortaya qoyaraq, Qarabağ nizamlanması üçün yaradılmış ATƏT-in Minsk qrupunun vasitəçilik səylərini tamamilə rədd etməsi gözlənilən idi.Ermənistan və ABŞ-nın mövqelərindən fərqli olaraq, Brüssel Azərbaycan hökumətinin ədalətli gözləntilərini dəstəkləyib.

Aİ prezidenti Şarl Mişelin Azərbaycan və Ermənistan liderləri arasında danışıqların yekunu üzrə dünən vermiş olduğu  bəyanatında ATƏT-in Minsk qrupunun missiyası və fəaliyyəti ümumiyyətlə qeyd olunmayıb ki, bu da prezident İlham Əliyevin siyasi məqsədlərinə tam uyğundur.

Azərbaycan lideri Minsk Qrupunun bir rolunu – Azərbaycan və Ermənistan cəmiyyətləri arasında dinc asayişin, etimadın bərpasında, iki ölkənin və iki xalqın tam barışması üçün fəaliyyətlərin həyata keçirilməsində humanitar missiya və vasitəçilik rolunu nəzərdə tutur. Minsk qrupunun hər hansı digər fəaliyyəti Moskva sazişinə və Rusiyanın vasitəçiliyi ilə aparılan sülh prosesinə ziddir. İlham Əliyev və Vladimir Putin Qarabağ probleminin tam başa çatdığını və Azərbaycan Respublikasının ərazi bütövlüyü əsasında həllini elan ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki