image-reklam-veteninfo
image-1backend

Avstraliya Rusiya şirkətlərinə sankisya tətbiq edib

image-reklam-veteninfo

Avstraliya hökuməti 35 Rusiya təşkilatı və 10 Rusiya və Belarus vətəndaşına qarşı yeni sanksiyalar tətbiq edib.

Vətəninfo.az TASS agentliyi istinadən  xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Penni Vonq məlumat verib.
“35 müdafiə, texnoloji və enerji müəssisəsi və 10 Rusiya və Belarus vətəndaşına sanksiya tətbiq edilir. “Beynəlxalq tərəfdaşlarımızla sıx koordinasiya əsasında qəbul edilən bu qərar Rusiyanın Ukraynaya müdaxiləsini birbaşa və ya dolayısı ilə dəstəkləyən vətəndaşlara maksimum təzyiq göstərməlidir”, – Vonq bildirib.

Avstraliyanın xarici işlər naziri Rusiya üçün mühüm iqtisadi və strateji əhəmiyyət kəsb edən müəssisələrin də sanksiyalara məruz qaldığını vurğulayıb.
Xarici siyasət idarəsinin rəhbərinin sözlərinə görə, yeni sanksiyalar siyahısına Rusiya silahlı qüvvələrini qabaqcıl texnologiyalar, elektronika və avadanlıqlarla təchiz edən şirkətlər və atom enerjisi və arktik resursların çıxarılması ilə məşğul olan təşkilatlar daxildir.

Bundan əlavə, Rusiya Federasiyası Baş nazirinin birinci müavini Andrey Belousov, Baş nazirin müavini Dmitri Çernışenko, Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova, Federasiya Şurası sədrinin birinci müavini Andrey Turçak, eləcə də “Kalaşnikov” konserninin baş direktoru Vladimir Lepinə və “Rusiya” holdinqinin baş direktoru Nikolay Helaşnikov Nikolay Xelinqopa maliyyə məhdudiyyətləri tətbiq edilib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki