image-364957_res_00backend

Azərbaycan hərbçiləri daha əlverişli mövqelərdə möhkəmləniblər

image-reklam_sirab_01

Dünən sosial şəbəkələrin erməni seqmentində Azərbaycan və Ermənistan hərbçiləri arasında baş verən növbəti davanın videosu yayılmışdı. Videogörüntülərdən göründüyü kimi, təxribat məqsədi ilə bir qrup erməni əsgəri Azərbaycan postuna tərəf irəliləyərək bitişik əraziyə nəzarəti ələ keçirməyə cəhd göstərib. Eyni zamanda, Azərbaycan hərbçisini mühasirəyə alaraq ona qarşı güc tətbiq etməyə çalışıblar.

Hərbi mənbələrdən virtualaz.org-a məlum olduğu kimi, bu hadisə bir neçə gün əvvəl Laçın bölgəsində, Azərbaycan-Ermənistan sərhədinin Zəngəzur istiqamətində baş verib.

Hadisədən dərhal sonra Azərbaycan ordusunun bölmələri adekvat və qəti tədbirlər görüb, nəticədə düşmən bu ərazidən çıxarılıb.

Eyni zamanda, Azərbaycan hərbçiləri bir neçə daha əlverişli mövqedə möhkəmləniblər və ərazini nəzarətə götürüblər.

image-364958_src


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki