image-harobbackend

Azərbaycan İsraildən 2 milyard dollara silah almaq üçün danışıqlar aparır  

image-reklam_sirab_01

Azərbaycanın Aprel döyüşləri və 44 günlük 2-ci Qarabağ müharibəsi zamanı qardaş Türkiyə və İsrail silahlarından uğurla istifadə etdi heç bir kəsə sir deyil və Aazərbaycan hər iki ölkə ilə silahlar alınması istiqamətində uğurlu əməkdaşlıq etmədədir. Rəsmi Bakı bundan sonra da özünün həri arsenalını yeniləmək məqsədi ilə yeni silah partiyası almaqdan çəkinmir.

 

Veteninfo.az xəbər verir ki, İsrail hakimiyyətinə yaxınlığı ilə bilinən”Hayom” ((“İsrael Today”)  qəzetinin yazdığına görə, Azərbaycan  2 milyard dollarlıq İsrail silahının alınması ilə bağlı danışıqlar aparır.Bakının ordusunu İsrail silahları ilə gücləndirməyə çalışdığı iki əsas amili göstərir. Birincisi, Ermənistanla sərhəddə daha tez -tez baş verən atışmalarla bağlıdır ki, bu da Qarabağda yeni müharibəyə çevrilə bilər. İkincisi, Azərbaycanın son müharibədə qalib gəlməsindən sonra ölkələr arasında münasibətlərin dərinləşməsidir.Qəzetin yazdığına görə, Azərbaycanda artıq İsrailin müdafiə şirkətlərinin inkişafı mərkəzləri var. Bundan başqa, təhlükəsizlikdən kənd təsərrüfatına qədər bütün sahələrdə olan İsrail şirkətləri Qarabağda tikinti işlərində ciddi şəkildə iştirak edirlər.Qəzetin xəbərinə görə Azərbaycanın tezliklə İsraildə səfirlik aça biləcəyi də istisna edilmir.

Fərid

Vətəninfo.az

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki