Sovet quruluşunun zəifləməsi və SSRİ – nin dağılması Azərbaycanın müstəqil dövlətə çevrilməsi üçün əlverişli şərait yaratdı. Ölkə XX yüzilliyin sonunda II dəfə öz müstəqilliyinə qovuşdu. Bu, Azərbaycan xalqının öz iradəsini cəsarət və mütəşəkillik nümayiş etdirməklə mümkün oldu.
Xalq mövcud problemləri həll etmək və irəliyə inamla addımlamaq üçün öz xilaskarını Ulu öndər Heydər Əliyev şəxsiyyətində gördü.
1990-cı ilin sentyabr ayında Azərbaycanın Ali Sovetinə seçkilər keçirildi. Heydər Əliyev Azərbaycan və Naxçıvan Ali Sovetinə deputat seçildi. Onun təşəbbüsü ilə noyabrın 17 – də Naxçıvan MSSR – in adından “Sovet sosialist” ifadəsi götürüldü. 20 Yanvar hadisələrinə siyasi qiymət verildi. AXC – nin üçrəngli bayrağı Naxçıvan respublikasının rəsmi bayrağı oldu. Sonradan 1991 – ci il fevralın 5 – də Azərbaycan SSRİ Azərbaycan Respublikası adlandı və üçrəngli bayraq təsbit olundu.
Dağılmaqda olan SSRİ –nin mühafizəkar liderləri 1991-ci ilin avqusunda Qarbaçovu hakimiyyətdən kənarlaşdırdılar. Azərbaycanın hər yerində mitinqlər başladı. Xalq DQMV – də Azərbaycanın suveren hüquqlarının təmin olunması kimi cəsarətli tələblər irəli sürürdü. Nəhayət, xalqın tələbi ilə növbədənkənar sessiya çağırıldı və 1991 – ci il avqustun 30 – u Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi haqqında Bəyannamə qəbul edildi.
Bu Bəyannamədə suverenliyimiz, Azərbaycan xalqının müqəddəratı, dinnidən, irqindən asılı olmayaraq insan hüquqları azadlıqları, ərazi bütövlüyümüz, sərhədlərimizin toxunulmazlığı əsas götürülürdü.
1991 – ci il sentyabrın 3 – də Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri seçildi. Ulu öndər bu sessiyada Azərbaycan xalqının əhval – ruhiyyəsinin tələblərini nəzərə alaraq Ali Məclisin sədri seçildi. Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir. 1992 – ci il noyabırın 21 – də Naxçıvanda Azərbaycan Respublikasının bütün bölgələrini təmsil edən nümayəndələrin iştirakı ilə YAP yaradıldı.
Heydər Əliyev öz müdrik məsləhətləri ilə xalqı fəlakətlərdən qurtarmağa, siyasətçilərə düzgün yol göstərməyə səy göstərirdi. 1993 – cü il oktyabrın 3 – də Heydər Əliyev böyük səs çoxluğu ilə prezident seçildi. Noyabrın birində Dövlət Müdafiə Şurası yaradıldı.
1995 – ci il noyabrın 12 – də referendumla Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Bu konstitusiya Heydər Əliyevin başçılıq etdiyi bir komissiyanın nümayəndərindən ibarət idi.
Konstitusiya 1991 – ci il avqust Bəyannaməsinin tam təzahürü idi. Bu konstitusuyada insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi olduğu bəyan edildi. Bu konstitusiyada verilən müddəalar dövlət quruculuğuna start verdi.
Məlahət Əliyeva
Suraxanı rayonu, 278 nömrəli tam orta məktəbin direktoru