image-resize-1backend

“Azərbaycan Ordusu Laçın koridoruna daxil olmasa, diversantlar geri qaytarılmayacaq“ – Diplomat

image-reklam_sirab_01

Azərbaycanda saxlanılan erməni diversantlarla bağlı təzyiqlər getdikcə artır. Hətta bəzi qərb dövlətlərində diversantların qaytarılmayacağı təqdirdə sanksiyaların tətbiq ediləcəyi ilə bağlı fikirlər səsləndirilir. Ötən gün Azərbaycan tərəfindən üç diversatın Ermənistana göndərilməsini bu təzyiqlərlə izah edənlər də var.

Maraqlıdır, reallıq nədən ibarətdir? Azərbaycan erməni diversantları güzəştsiz öz ölkələrinə təhvil verə bilərmi?

Veteninfo.az xəbər verir ki,bu sabiq Xarici işlər naziri Tofiq Zülfüqarov deyilənlərin əksinə olaraq diversantlarla bağlı Azərbaycana böyük təzyiqlərin olduğunu düşünmədiyini vurğulayıb:

“Sadəcə ermənilər vəziyyəti bu şəkildə göstərmək istəyir. Doğrudur, bəzi çağırışlar və mövzunu dərindən bilməyən təşkilatların məsələ ilə bağlı bəyanatları var, amma bunlar fövqəladə bir təzyiq deyil. Vəziyyəti yaxşı analiz edənlər başa düşür ki, mövzu birbaşa Ermənistanın işğalçı ordusunun qalıqlarının Azərbaycandan çıxarılması prosesi ilə bağlıdır. Mütəxəssislər diversantların müharibədən sonra Azərbaycan ərazisinə gizli şəkildə daxil olduğunu anlayır”.

Diplomat qeyd edib ki, diversantların gəlişi Ermənistanın öz işğalçı siyasətindən əl çəkmədiyinin sübutudur:

“Hətta darmadağın olduqdan sonra da ərazimizə hərbi qulluqçularını göndərir. Təbii ki, Azərbaycan bu yanaşmanı qəbul etmir. Üç diversantın qaytarılması məsələsinə gəldikdə isə deyə bilərəm ki, onlarla bağlı istintaq aparılıb, əməlləri barədə məlumat toplanıb və sərhədi keçəndən sonra hər hansı ağır cinayətdə iştirak etmədikləri üçün onları qaytarmışıq. Düşünmürəm ki, proses davam etsin”.

Politoloq diqqətə çatdırıb ki, hazırda əsas məsələ Laçın koridorunda Azərbaycan Ordusunun olmasıdır:

“Bu, həllini tapmayınca, hesab edirəm ki, diversant mövzusu davam edəcək.

Düşünmürəm ki, dövlətlər Azərbaycanı təzyiq yolu ilə prinsipial mövqeyindən çəkindirə bilsin. Ermənilər bu mövzuya dair səs-küylü çıxışlara yer verdikcə istər-istəməz maraq artır. Bu baxımdan biz ermənilərin təbliğat kampaniyasının iç üzünü görməliyik və diversantlarla bağlı müraciət edən tərəflərə mövqeyimizi çatdırmalıyıq.  Azərbaycan indiki vəziyyətdən öz xeyrinə istifadə edə bilər”.

 

Yenisabah.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki