image-1621326175_1621325881_1600752774_herbi5backend

Azərbaycan Ordusuna təlimlərdə antiterror əməliyyatına hazırlıq barədə tapşırıqlar verildi

image-reklam_sirab_01

Azərbaycan Ordusunun təlimləri davam edir.

Veteninfo.az-a bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Növbəti mərhələdə Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin təlimlərin gedişi barədə maket üzərində məruzələrini dinləyib.

Təlimlərdə antiterror əməliyyatları ilə bağlı qərar, qoşunların döyüş tapşırıqları və qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkili dəqiqləşdirilib.

Məruzələr dinlənildikdən sonra ehtiyatların və mərkəzi tabelikdə olan qoşunların antiterror əməliyyatına bilavasitə hazırlığı, yenidən qruplaşmanın keçirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki