image-368739_res_00backend

Azərbaycan ordusunun “Kamaz”ı Laçında qəzaya uğradı, 2 hərbçi şəhid oldu

image-reklam_sirab_01

İyunun 28-də günorta saatlarında Laçın rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Veteninfo.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, “KamAZ” markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları – kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu həlak olublar. Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçuların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir. Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

 

Yük avtomobilinin Laçın rayonu ərazisinin hansı hissəsində qəzaya uğradığı göstərilmir, bununla belə hadisənin Azərbaycan ordusunun Laçın və Kəlbəcər rayonunun Ermənistanla sərhədi boyu yeni qurulmuş mövqelərinə aparan təminat yollarından birində baş verdiyi ehtimal edilir. Bir çox hallarda bu postlara təminat olduqca çətin dağlıq relyefdə, praktiki olaraq yolsuzluq şəraitində həyata keçirilir. Bir neçə gün əvvəl də hərbi yük avtomobilinin həmin ərazilərdə qəzaya uğraması nəticəsində iki hərbçi şəhid olmuşdu.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki