image-qqqqqbackend

Azərbaycan polisi öz ərazisində dayanıb- Hayk Konjoryan

image-reklam_sirab_01

Ermənistan müxalifəti və mediası Gorus-Qafan yolunun Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçən 21 kilometrlik hissəsində polis əməkdaşlarının post qurmasını və irandan gələn avtomobilləri hansı səbəblə yoxlaması ilə bağlı Paşinyan hökumətindən izahat tələb edirlər.

Veteninfo.az xəbər verir ki, bu gün müxalifətin nəzarətində olan media orqanları əməkdaşları hakim komandanın deputatı Hayk Konjoryana bu istiqamətdə suallar ünvanlasalar da.istədiklərini ala bilməyiblər.
Hayk Konjoryan bildirib ki, bu istiqamətdə rəsmi orqanların açıqladığı bəyanatdan başqa o yeni bir açıqlama vermək niyyətində deyil.Müxbir “Goris-Kapan yol hissəsini Ermənistan ərazisinin bir hissəsi hesab edib-etmədiyi” ilə bağlı sual ünvanladıqda isə, Hayk Konjoryan bildirib ki, onun mövqei təmsil olunduğu siyasi komandasının baxışları ilə eynidir.
Qeyd edək ki, Hayk Konjoryanın təmsil olunduğu komandanın lideri Nikol Paşinyandır və Paşinyan da Gorus-Qafan yolunun bir hissəsinin əslində Azərbaycan ərazisindən keçdiyini, buna görə də Ermənistan və irandan olan avtomobillərin Tatdan keçən alternativ yoldan istifadə etmələrini təklif edib.
Hayk Konjoryan da bu fikiri səsləndirməklə,bir daha erməni müxalif mediasına çatdırıb ki, Azərbaycan polisinin dayandığı yer, Gorus-Qafan yolunun Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçən 21 kilometrlik hissəsi Azərbaycanın ərazisidir.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki