image-ilhambackend

Azərbaycan Prezidenti son bir ildə iki müharibəni udduRAUF ARİFOĞLU YAZIR

image-reklam_sirab_01
Əslində ikidir…
Azərbaycan Prezidenti son bir ildə iki müharibəni uddu.
Biri Ermənistan işğalına qarşı 44 gün davam edən Vətən müharibəsi idi.
Digəri isə dost dediyimiz İranın qəflətən sərhədlərimizə 50 min ordu yığması ilə başlayan savaş idi.
Ona təkcə ‘’soyuq müharibə’’ demək doğru deyil.
Tankı-topu, raketləri və bütün gücü ilə Azərbaycanın üstünə gəldi İran.
Mərmi atmadı, amma müharibə oldu!
‘’İran Niyə belə etdi’’, sualı artıq yersizdi.
İran elə budur!
Olan sifətini nəhayətdə Azərbaycan xalqına göstərdi.
Qorxuncdu, amma qorxmadıq.
****
O mesaj-cavab unudularmı?
‘’Biz qeyri-bərabər döyüşə də hazırıq’’.
Hər zaman qonşu İrana qarşı sayğılı və ölçülü siyasət yürüdən Azərbaycan Prezidenti dedi bu sözləri…
İranın hər gün artan aqressiyasına cəsur və net cavab idi.
Tehran gözləmirdi.
Hər zaman qarşısında başqa Azərbaycan görmüşdü.
…Biz indi başqa Azərbaycanıq-bunu fərq etməmişdi…
Biz indi başqa azərbaycanlıyıq – özümüz də indi-indi fərq edirik, dəyişdiyimizi.
****
İlham Əliyevin Zəngilanda sərgilədiyi o qətiyyətli duruş, o açıq cavablar Tehranı geri addım atmağa vadar qoydu.
Ləşkərlə gəlmişdi…
Qarabağa qaçaq girən maşınları da, sərhədlərimizə yığışmış ordusu da…
Molla-mullası da …
Hamısı yerində oturduldu…
Bakıdakı, ölkəmizdəki uzantıları isə oturduqları yerdən durğuzuldu…
‘’Xoş gəlmədin- daha da gəlmə…’’
****
Udduğumuz iki müharibədə iki mifi darmadağın etdik!
Biri təbii ki, erməni mifi idi.
Ordusu, ideologiyası, lobbisi ilə birlikdə yerlə bir edildi.
…İkinci sındırlan mif isə, İran mifi oldu.
Qum kimi dağıldı, bu qorxunc və qaranlıq mif!
Guya İran Azərbaycanda ciddi təsir rıçaqlarına, təşkilatlarına, icmalara sahibmiş…
Vardısa- daha yoxdu!
Olmasına da imkan verilməyəcək – verilməməlidir!
Qarabağı da, Azərbaycanı da özümüz əkib-becərəcəyik!
Torpaqları da, ideologiyanı da, yeni nəslin şüurunu da!
Qumda heç zad bitməz!
Bakının qumu bizə Qumdan daha əzizdi, daha uyğundu!
****
… Meydanda, diplomatiyada və informasiya müharibəsində qətiyyətli davranış İranı Azərbaycanda bitirdi!
Bu dövlətin ərazimizdə apardığı 30 illik gerilikçi təbliğat və ideoloji iş erməni tankları kimi vuruldu.
Bayrakdarlar havada!
****
…İranmı deyirsən?
Qumdan gələn təlimlərləmi çalışırsan?
Ya da Tehrana azcana meyllisənmi?
Bu sualların təsdiq variantına uyğun gələn soydaşlarımıza xalq necə baxır?
Necə baxdı!
Hamısı özünü düzəltdi.
Əks halda – vətən xainləridirlər!
Bu mövzuda güzəşt ola bilməz!
Çünki Tehranla İrəvan müttəfiqdi!
Etiraf etdilər, ortaya çıxdı!
Tehrana dəstək – İrəvana dəstəkdi!
Biz demirik – İran belə elədi!
Rəsmi Tehran, nəhayətdə, İranı Bakıda bitirdi!
Azərbaycan xalqının gözündə sıfırladı!
İndi İranı dəstəkləmək, Ermənistanı dəstəkləməklə eyni dəyərə düşüb.
****
Artıq kimsə Azərbaycan – Türkiyə ittifaqının qarşısını ala bilməz.
Buraya Pakistanı da daxil edək!
Biz indi Tehran-İrəvan, hətta + Moskva ittifaqının birgə təhdidindən daha böyük gücük.
Bu məsələ həll oldu – bölgədəki hər kəs bizimlə hesablaşacaq.
****
Azərbaycan ötən ilki savaş meydanını bu il abad Vətən parçasına çevirir.
Taktika həmənkidi – ağıllı, ölçülü və qətiyyətli siyasət!
Qarabağ və Şərqi Zəngəzur bərpa və quruculuğun, birgə əməkdaşlığın, ortaq çıxarların mərkəzinə çevirib.
Qərbi Zəngəzura da girməyimizə lap az qaldı…
Qarabağ və Şərqi Zəngəzur dünya çaplı meqa-layihələrin qovşaq nöqtəsinə dönüb.
Böyük Britaniya, İtaliya, Rusiya, Pakistan, Türkiyə …. var artıq bölgədə!
Hesab edin ki, bölgədəki asayişi artıq sadaladığımız dövlətlər ortaq olaraq, qoruyurlar.
****
Füzuli Beynəlxalq Hava Limanı!
Qarabağın hava qapısı!
Türkiyəni Güney Qafqaza gətirən sehrli keçid!
Dünyaya və ən çox da Türkiyəyə hər zaman açıq olan qapı!
Gələcək ortaq hədəflərimiz və ideallarımız üçün!
Qızıl Alma üçün!
…Ötənilki və indiki rəsmə baxın!
Azərbaycan adlı yeni rəsmə!
Bir də onun Müəllifinə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki