image-media-img-20221212-wa0004-1m9kfs7l50b24pewcryv-620x460backend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti

image-reklam_sirab_01

“Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deyən Heydər Əliyevin xalqımıza özünün layiqli davamçısı kimi İlham Əliyevi təqdim etmişdir.
Prezident İlham Əliyev müstəqil Azərbaycanın yeni inkişaf mərhələsinin qüdrətli memarı və müasir dövrün görkəmli siyasi lideridir. O, Ulu Öndərin yolu ilə gedərək mükəmməl siyasi təhsil almışdır. İlham Əliyev dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil almış, elmi tədqiqat işləri aparmış, dissertasiya müdafiə etmişdir. Beləcə, Azərbaycan xalqına başçılıq edən və dünyanın görkəmli dövlət xadimi olan Prezident İlham Əliyev dərin nəzəri biliklərə və Heydər Əliyevin dövlət idarəçiliyi praktikasına yiyələnmiş peşəkar siyasətçidir. O, yeni və müstəqil Azərbaycan uğrunda ən ağır mübarizələrdə dahi rəhbərin ən yaxın silahdaşı olmuş, həyata keçirilən bütün islahatlarda fəal iştirak etmiş, sərbəst iqtisadiyyatın qanunauyğunluqlarına mükəmməl surətdə yiyələnmiş, Heydər Əliyev neft strategiyası və gənclər siyasətinin hazırlanması və həyata keçirilməsində öncül rol oynamış, Milli Olimpiya Komitəsinə başçılıq etmiş, Dövlət Neft Şirkətinin vitse-prezidenti və birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini kimi çox məsul vəzifələrdə çalışmış, ölkənin Baş naziri vəzifəsinədək yüksəlmişdi. Üstəlik, İlham Əliyev Prezident seçilərkən, çoxlarından fərqli olaraq, həm təhsilinə, həm də konkret ictimai-siyasi fəaliyyət təcrübəsinə görə peşəkar siyasətçi idi.
Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır.
Azərbaycan Respublikasının Prezidenti seçilməsindən ötən 19 ildə ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atması, dövlətçiliyimiz, siyasi və iqtisadi müstəqilliyimiz daha da güclənib, ölkənin davamlı və dayanıqlı inkişafı, sürətlə modernləşməsi təmin edilmiş, Azərbaycan inkişaf edən ölkələr sırasında layiqli yer tutmuşdur.
Prezident İlham Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyası nəticəsində, son 19 ildə dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir, ötən hər il bütün sahələrdə əldə olunan böyük uğurlarla tarixə düşür. Bu nailiyyətlərin əldə edilməsində müstəsna rolu olan dövlət proqramları regionların iqtisadi potensialının əhəmiyyətli dərəcədə artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yaxşılaşmasına, müasir müəssisələrin açılmasına səbəb olmuş, Azərbaycanı bütün bölgələrində dinamik tərəqqi yaşanan bir ölkəyə çevirmişdir.
Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə qazandığı ən əsas uğur isə Ali Baş Komandan olaraq 44 günlük Vətən müharibəsində qazanılan Çanlı Qələbə oldu. Bu Qələbə ki, 30 illik həsrətə son qoydu, işğal altında olan əzəli torpaqlarımız azad edildi.
Prezident İlham Əliyevin xarici səfərləri, iştirak etdiyi beynəlxalq toplantılar Azərbaycanın siyasətinin kifayət qədər uğurlu, düşünülmüş və çoxşaxəli olduğunu, dövlətin və xalqın maraqlarına layiqincə xidmət etdiyini göstərir. Hər bir səfər Azərbaycanın ayrı-ayrı dövlətlərlə və təşkilatlarla ikitərəfli və çoxtərəfli əlaqələrinin daha da genişlənməsinə təkan verir.
Ümummilli lider Heydər Əliyevin başladığı və hal-hazırda cənab Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilən siyasi kurs, sosial və iqtisadi inkişaf yolu Azərbaycan xalqının seçimidir. Bu inkişaf yolu xalqımızın mənafeyinə, onun inamlı sabahına, işıqlı gələcəyinə xidmət edir. Bu inkişaf modeli Azərbaycan Respublikasını demokratik, hüquqi, dünyəvi dövlət kimi möhkəmləndirən Azərbaycan xalqını xoş gələcəyə aparan nurlu yoldur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümümmilli Lider Heydər Əliyevin ona olan inamını ən yüksək səviyyədə doğrultdu.
Bu gün Azərbaycan dünyanın iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkəsidir.

 

Leyla Nəcəfova
Qaradağ rayon Heydər Əliyev Mərkəzinin Baş Fond Müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki