image-azerbaybackend

Azərbaycan Tehrana düşünmək üçün 1 həftə vaxt verəcək – Əgər Tehran ağlını başına gətirməsə..

image-reklam_sirab_01

Heç nəyə baxmayaraq Tehran hadisələrin gedişatını hərbi münaqişəyə doğru yönəltməyə davam etsə, Azərbaycan Tehrana düşünmək üçün 1 həftə vaxt verəcək. Əgər bu da bəzi başbilən mollaların ağlını başına gətirməsə, Bakı Tehranı dördbir tərəfdən hədəfə alacaq. Hazırda Azərbaycanın əlində olan “kozır”lar demək olar ki, heç kimdə yoxdur. Birincisi və ən əsası gücünü bütün dünyaya yetərincə Qarabağda göstərə bilən elə Azərbaycanın öz qalib ordusu, digər tərəfdən dünyanın aparıcı güclər arasında yer aldığı Türkiyə ordusu, bir tərəfdən İsrail, bir tərəfdən də “Tehranı bəyənməyənlər koalisiyası”. Onu da qeyd edək ki, hazırda bu “formal koalisiyaya” onlarla güclü dövlət daxildir.

Veteninfo.az Konkret.az- xəbər verir ki, bunu ukraynalı politiloq Aleksey Voronenko bildirib.

“Artıq düşünmək belə istəmirəm ki, bu, Tehran üçün nə demək olar. Bunu hazırda Tehranda oturanlar da çox gözəl anlayır və sözsüz ki, biz yaxın günlərdə Tehran hakimiyyət qüvvələrini təmsil edən şəxslərin dilindən yumşalmış ritorikanın şahidi olacağıq. Bu bir narazılıq siqnalı idi, Tehran çox gözəl anlayır ki, Bakının arxasında bütün dünya durduğu zaman, onların arxasında qorxudan titrəyən Ermənistan gizlənir”, – deyə həmsöhbətimiz qeyd edib. / Konkret.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki