image-diplomatbackend

Azərbaycan tərəfdən Xüsusi nümayəndə kimlər ola bilər?

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki,44 günlük ikinci Qarabağ müharibəsindən sonra,Ermənistanın rəsmi olaraq kaputuliyasiya aktını qəbul etməsi iləCənubi Qafqazdakı münaqişə ocaqlarından vbiri faktiki olaraq sona çatmış oldu.Artıq Azərbaycan və Ermənistan bölgədə sülhün bərqarar olması,regional komunikasiya xətlərinin bərpası,eyni zamanda sərhədlərin qarşılıqlı olaraq tanınması istiqamətində müxtəlif platformalarda görüşlər və danışıqlar aparmaqdadırlar.

Digər bir tərəfdən isə artıq 30 ilə yaxıdır ki,Türkiyə-Ermənistan arasında mövcud olan kəskin münasibətlər də yumşalmaya balayıb. Həm Ankara eyni zamanda da rəsmi İrəvan diplomatik münasibətləri dalamndan çıxarmaq istiqamətində addımlar atmağa başlayıblar.

Artıq Türkiyə  və Ermənistan diplomatik münasibətləroin qurulması,mövcud porblemləri qarşılıqlı həlli isitqamətində Xüsusi nümayəndə belə təyin ediblər.

Azərbaycan və Ermənistan arasında müəyyən əlaqələr isə Baş nazirin müavinləri səviyyəsində,eyni zamanda Müdafiə nazirləri səviyyəsində davam etməkdədir.

Vətəninfo.az-ın diplomatik qaynaqlardan əldə etdiy məlumatlara görə, rəsmi Bakı və irəvan da Xüsusi nümayəndə təyin etmək istiqamətində addımlar atmaq niyyətindədirlər. Belə bir addım isə “3+3”formatında  İstanbulda keçirilməsdi gözlənilən  görüş sonrası qərar verilməsi gözlənilir.

Məlumata görə, Azərbaycanın Xüsusi nümayəndə kimi görmək istidiyi bir neçə şəxs var. Bu şəxslər isə hazırda Azərbaycanın Rusiya Federasiyasındakı fövqaladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli və , Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın adı hallandırılmaqdadır.

Amma istənilən halda Xüsusi nümayəndənin təyin olunması ilə bağlı qərar olacağı təqdirdə,seçiləcək şəxsin kim olmasını Azərbaycan prezidneti İlham Əliyev verəcək.

 

Vətəninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki