image-gorus-qafanbackend

Azərbaycan tərəfi icazə verib- Ara Fidanyan

image-reklam_sirab_01

Ermənistan polisi Goris-Qafan magistral yolu ilə keçən vətəndaşların təhlükəsizliyini təmin etməkdə və onları müşayiət etməkdə davam edir.

 

Veteninfo.az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan polisinin rəis müavini Ara Fidanyan parlamentdə keçirdiyi brifinqdə deyib

Onun sözlərinə görə, əldə olunan razılaşmaya əsasən, Azərbaycan tərəfinin nəzarətində olan ərazilərdə baş verən qəzalarla da Ermənistan hüquq-mühafizə orqanları məşğul olur..

“Yolun Ermənistan ərazisi sayılmayan hissəsində qəza baş veribsə, bununla bağlı polisin məşğul olması ilə bağlı razılaşma var. Artıq belə hadisələr olub, polis bir sıra tədbirlər həyata keçirib.”.

Fidanyanın sözlərinə görə, hazırda hava şəraiti ilə əlaqədar bu ərazidə müşayiətçilərə ehtiyac artıb. Hüquq-mühafizə orqanları həmçinin Tatev yolu ilə səyahətin təhlükəsizliyini təmin edirlər.

Fidanyan qeyd edib ki, Goris-Qafan yolunun Ermənistan polisinin səlahiyyətlərinin şamil edilmədiyi hissəsində beynəlxalq normalara uyğun qaydalar müəyyən edilməlidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki