image-ermenistanbackend

Azərbaycanın İran maşınlarını yoxlaması Ermənistan parlamentində səs-küyə səbəb oldu

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki, Ermənistan parlamentində təmsil olunan “Hayastan” bloku, Gorus-Qafan avtomobil yolunda Azərbaycanın İran dövlət nömrə nişanlı avromobillərinin yükünü yoxlaması ilə bağlı müzakirə təşkil etmək üçün format tapılmasını tələb edib.

 

“Sputnik Armenia”nın xəbərinə görə, “Hayastan” müxalifət bloku Gorus-Qafan avtomobil yolundakı vəziyyətlə bağlı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbərini parlamentə dəvət etməyi tələb edib.”Hayastan” blokunun nümayəndəsi Artsvik Minasyan, səlahiyyətlilərin Gorus-Qafan  yolunda İran maşınlarını yoxlayan azərbaycanlıların vəziyyəti ilə əlaqədar heç bir aydın izah vermədiyini və hökumətin bəyanatının özünün “dişsiz” olduğunu bildirib.”Parlamentli bir ölkə olduğumuza əsaslanaraq, “Hayastan” bloku, baş verənləri anlamaq üçün bir müzakirə təşkil etmək məqsədi ilə bir format tapmağı tələb edir. Üstəlik, Ermənistanın Milli Təhlükəsizlik Xidməti Azərbaycan terminologiyasından tam istifadə edir” deyib.

Bundan sonra blokun digər üzvü Qeqam Manukyan çıxış edərək müxalifətin tələbini təmin etmək və parlament rəhbərliyinin Milli Təhlükəsizlik Xidmətinin rəhbərini Ermənistan parlamentə dəvət etmək niyyətində olub -olmadığını soruşub.Spiker Alen Simonyan cavab olaraq təklifə baxılacağını bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki